ABŞ prezidenti Donald
Tramp Hərtərəfli Müştərək Fəaliyyət Planından çıxdıqdan sonra bəyan edib
ki, İranla "yaxşı razılaşma”ya nail olmaq istəyir.
Bu barədə Tramp açıqlamasında bildirib.
"Əvvəlki sazişi nüvə silahının İranın
əlinə keçmə mümkünlüyünün qarşısını ala bilmədi. Belə olduqda, Yaxın
Şərqdəki pulu olan digər dövlətlər də nüvə silahı əldə etmək üçün
imkanlar axtarmağa başlayacaqdı. Bu isə fəlakətə səbəb olardı”- deyə
Tramp bildirib.
O, həmçinin vurğulayıb ki, Vaşinqton İrana qarşı ən sərt sanksiyalar tətbiq edir: "Mən ümid edirəm ki, İranla
yaxşı, ədalətli razılaşmaya nail olacağam. Onlar üçün ən yaxşısına.
Amma biz onların nüvə silahına malik olmasına icazə verə bilmərik.”
Tramp qeyd edib ki, ABŞ İranın
hərbi bazalarına gedib, onların yalan danışmadıqlarına yerindəcə əmin
olmalıdır. "Əlbəttə, biz bilirik ki, onlar bizi aldatmır, lakin hər
ehtimala qarşı...” – deyə Tramp əlavə edib. .