Xəzər Xəbər

Paşinyan və Sarkisyanın görüşü nəticəsiz yekunlaşıb - FOTO

Dünya | 10:44 • 22 Aprel 2018
Paşinyan və Sarkisyanın görüşü nəticəsiz yekunlaşıb -

Yerevanda Ermənistanın baş naziri Serj Sarksyanla müxalifətçi deputat, etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan arasında görüş olub.


Xezerxeber.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.


Məlumata görə, görüş paytaxtdakı "Marriott" otelində baş tutub. Danışıqlar nəticəsiz başa çatıb. Sarqsyan müxalifətçi deputatla qısa dialoqdan sonra görüşü tərk edib.

Görüşün əvvəlində baş nazir bildirib ki, danışıqlar jurnalistlərin iştirakı olmadan aparılmalıdır. Paşinyan isə buna cavabında deyib ki, danışıqlarda ancaq onun istefası müzakirə ediləcək.

"Əgər siz bu cür danışmağa davam etsəz, mənə yalnız hüquqi müstəviyə və məntiqi hərəkətlərə qayıtmaq qalır, əks halda bütün məsuliyyət sizin üzərinizə düşür, seçin", deyə Sarkisyan bildirib.

Paşinyan qeyd edib ki, heç kim onunla hədə-qorxu dilində danışa bilməz. O əlavə edib ki, prezident ölkədə nə baş verdiyini dərk etmir: "Ölkədə hakimiyyət xalqa keçib".


Daha əvvəl Nikol Paşinyan bildirib ki, danışıqlarda Sarqsyanın istefaya getməsi və hakimiyyətin dinc yolla ötürülməsi müzakirə ediləcək.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Etirazlara baxmayaraq, aprelin 17-də Serj Sarkisyan parlamentdə keçirilən xüsusi iclasda bu posta təyin olunub.

Ölkə Konstitusiyasına edilən dəyişikliyə əsasən, Ermənistan parlament üsul idarəçiliyinə keçir və prezidentin səlahiyyətləri baş nazirə verilir.




Xəbər lenti