Xəzər Xəbər

Kabildə partlayış olub, 4 nəfər ölüb

Dünya | 11:19 • 22 Aprel 2018
Kabildə partlayış olub, 4 nəfər ölüb

Bu gün Əfqanıstanın paytaxtı Kabildə seçicilərin qeydiyyat mərkəzinin qarşısında partlayış olub.

APA-nın "Pajvak" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

İlkin məlumata görə, terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb. Hələlik partlayışa görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.

Xəbər lenti