Xəzər Xəbər

Britaniya Suriya məsələsində Trampın təklifini rədd edib

Dünya | 11:40 • 11 Aprel 2018
Britaniya Suriya məsələsində Trampın təklifini rədd edib

Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ prezident Donald Trampla telefon danışığında bildirib ki, rəsmi Londona Suriyaya zərbə endirməzdən əvvəl kimyəvi silah tətbqi ilə bağlı daha çox sübut lazımdır.

Bu barədə "Times" yazıb.

Qəzetin yazdığına görə, ingilis baş nazir qəfil zərbənin tərəfdarı deyil.

Qeyd edək ki, Qərb rəsmi Dəməşqi Dima şəhərində insan tələfatına səbəb olan kimyəvi silah tətbiqində ittiham edir. Moskva və Dəməşq isə xlor bombasından istifadəni təkzib edir. Rusiya XİN bəyan edib ki, Suriyada qoşunların zəhərləyici maddələrdən istifadəsi barədə dezinformasiyanın yayılmasında məqsəd terrorçuların xilas edilməsi və ABŞ-ın hərbi hücumuna haqq qazandırmaqdır.

Xatırladaq ki, Rusiyanın Baş Qərargahı mart ayının 13-də Şərqi Qutada terrorçuların kimyəvi silah təxribatı səhnələşdirilməsi barədə açıqlama yaymışdı. Açıqlamada bildirilirdi ki, kimyəvi silahın tətbiqi səhnələşdirilməsi ilə ABŞ-ın Suriyaya zərbə endirməsinə fürsət yaratmaq istəyirlər.

ABŞ prezidenti Donald Trampın Suriyaya hava zərbələri endirməsi təklifini Fransa prezidenti Emmanuel Makron da dəstəkləyib və hazır olduqlarını bildirib.FaktXəbər

Xəbər lenti