Xəzər Xəbər

Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb

Dünya | 09:16 • 18 Fevral 2018
Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb

Gürcüstanın Kaxetiya bölgəsində, Qombori-Telavi yolunda "SOCAR Georgia” şirkətinə yanacaq daşıyan 23 300 litr maye tutumlu "Scania” markalı yanacaqdaşıyan maşın qəzaya uğrayıb.

Xezerxeber.az "SOCAR Georgia" şirkətinə istinadən xəbər verir ki, hadisə zamanı zərərçəkən olmayıb, sürücü İlqar Şamilov yüngül zədə alıb.

Şirkətdən bildiriblər ki, daşınan məhsulun bir hissəsi yoda dağılıb. Marşrutun dəniz səviyyəsindən 1,650 metr yüksəklikdə yerləşən Qombori hissəsi çətin keçilən yoldur. Aşırımlı yolun qeyri-bərabər relyefi və hava şəraitinin əlverişsiz olması qəza vəziyyəti yaradıb. Maşın və yük sığortalıdır.

Xəbər lenti