Xəzər Xəbər

Filippinin ən böyük vulkanı oyandı partlayış ola bilər

Dünya | 15:08 • 15 Yanvar 2018
Filippinin ən böyük vulkanı oyandı

Filippin Adalarının Albay ərazisində yerləşən Mayon yanardağı lava püskürtməyə başlayıb.

XəzərXəbər-in məlumatına görə, Vulkan və Seysmoloji İnstitutunun rəhbəri Renato Solidum bildirib ki, yanardağ ötən şənbədən etibarən kül püskürtməyə başlayıb və kənar kəndlər küllə örtülüb. Növbəti bir neçə həftə ərzində güclü partlayış gözlənilir.

Rəsmilər təxminən min ailənin təhlükəsiz ərazilərə evakuasiya edildiyini açıqlayıb./qaynarinfo

Xəbər lenti