Xəzər Xəbər

Pakistan təhdid etdi: Hindistanın bütün şəhərlərini vurarıq

Dünya | 15:12 • 15 Yanvar 2018
Pakistan təhdid etdi:

Pakistan və Hindistan arasında siyasi gərginliyin davam etdiyi bir vaxtda pakistanlı nazir hindistanlı həmkarının təhdidlərinə cavab verib. XəzərXəbər-in verdiyi məlumata görə, Pakistanın müdafiə naziri Rana Tanver Hüseyn bildirib ki, ölkəsi nüvə və raket texnologiyalarını kifayət qədər inkişaf etdirib və Hindistanın istənilən şəhərini hədəfə almaq gücündədir.

"Bu, nüvə toqquşmasına dəvətdir. Əgər istədikləri budursa, qətiyyətimizi sınasınlar. Ümid edirik ki, generalın bu şübhələri tez bir zamanda aradan qalxar. Onun açıqlamaları məsuliyyətsiz və qorxuducu olsa da, ciddiyə alınmasına gərək yoxdur. Müdafiə istehsalımız inkişafadır. Ordunun ehtiyaclarının 80 faizi yerli istehsalın üzərinə düşür. Pakistan öz döyüş təyyarələrini istehsal edən altı-yeddi ölkədən biridir",-deyə pakistanlı nazir əlavə edib.

Buna qədər Hindistan ordu komandiri general Ravat paytaxt Dehlidə cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, Hindistan ordusu Pakistanın nüvə blefini görür və rəhbərlikdən göstəriş gəldiyi təqdirdə deportasiya əməliyyatı keçirməyə hazırdır./faktxəbər

Xəbər lenti