Xəzər Xəbər

İsrail ordusu Qəzza zolağında bəzi mövqelərə zərbələr endirib

Dünya | 09:16 • 8 Dekabr 2017
İsrail ordusu Qəzza zolağında bəzi mövqelərə zərbələr endirib

İsrail ordusu Qəzza zolağından raketlərin atılmasına cavab olaraq, həmin ərazidəki bir neçə mövqeyə zərbələr endirib.

Xezerxeber.az-ın "Haaretz”ə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildrilib.

Məlumata görə, əməliyyata tanklar və aviasiya cəlb edilib.

İsrail ordusu Qəzza zolağından törədilən bütün hücumların arxasında HƏMAS-ın durduğunu bəyan edir.

Qeyd edək ki, bundan əvvəl Qəzza zolağından İsrail tərəfə 2 raket atılıb.

Xəbər lenti