Xəzər Xəbər

24 qadından 145 uşağı var - onu cəza gözləyir

Dünya | 09:31 • 26 İyul 2017
24 qadından 145 uşağı var -

Kanadanın Britaniya Kolumbiyası vilayətinin ali məhkəməsi Uinston Blekmoru və onun keçmiş kürəkəni Ceyms Oleri çoxarvadlılıqda təqsirli sayıb. Bu barədə Yahoo News nəşri məlumat yayıb.

Xezerxeber.az "RİA Novosti" informasiya agentliyinə istinadən xəbər verir ki, hazırda 61 yaşı olan Blekmor 1990-cı ildən 2014-cü ilədək 24 qadınla evlənib. Onun 145 uşağı var. Əlli üç yaşlı Oler isə beş qadınla nikaha girib. Onları beş ilədək həbs gözləyir. Məhkəmə cəza tədbirini bir qədər sonra açıqlayacaq.

Nəşrin məlumatına görə, onların hər ilkisi əvvəllər Müqəddəslərin İsa Məsih fundamentalist kilsəsinin yepiskopu olub. Müttəhimlər 1,5 min poliqamiya tərəfdarını birləşdirən Bauntiful icmasında yaşayırlar. Blekmor çoxlu arvadı olduğunu inkar etmir və nikahların hamısının kilsə qaydalarına uyğun bağlandığını bildirir. Məhz buna görə də prokurorluq 20 il ərzində ona qarşı ittiham irəli sürə bilmirdi.

Xəbər lenti