Xəzər Xəbər

Vaksinasiyanın birinci və ikinci dozası eyni peyvənd preparatından olmalıdır

Cəmiyyət | 17:03 • 9 Aprel 2021
Vaksinasiyanın birinci və ikinci dozası eyni peyvənd preparatından olmalıdır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı vaksinasiya çərçivəsində birinci və ikinci komponentlərin fərqli peyvənd preparatlarından seçilməsini tövsiyə etməyib.

ÜST bu mövqeyi indiyədək toplanan məlumat bazasının hələlik yekun qərar üçün yetərli olmaması ilə əsaslandırıb. Hazırda bəzi istehsalçıların peyvənd dozlarının çatdırılmasında yaranan ləngimə çarpaz vaksinasiya barədə fikirləri meydana gətirib.

Almaniyanın peyvəndlərə icazə üzrə ixtisaslaşan Paul Ehrlix İnstitutuna (PEİ) əsasən, peyvəndlərə icazə verilərkən tədqiqatlar nəticəsində müəyyən edilən təsir gücünə çarpaz vaksinasiyadan sonra zəmanət vermək mümkün deyil. Ona görə də hər iki komponentin eyni istehsalçının peyvəndi əsasında vurulması tövsiyə edilir.

Mütəxəssislər eyni zamanda bildiriblər ki, peyvəndin təzələnməsi zamanı (məsələn, növbəti ildə təkrar vaksinasiya) preparatın dəyişdirilməsi heç bir problem yaratmayacaq. Bu zaman hətta vektor və ya mRNA texnologiyaları arasında keçid etmək də mümkündür.

Xəbər lenti

Çox oxunanlar