Xəzər Xəbər

Bir həftədən sonra karantin rejimi sərtləşdirilə bilər AÇIQLAMA

Cəmiyyət | 12:52 • 20 Mart 2021
Bir həftədən sonra karantin rejimi sərtləşdirilə bilər

"Əgər bir həftə ərzində yoluxma yenə də eyni templə artarsa, fikrimcə, karantin sərtləşdirilməlidir”.
 
XəzərXəbər xəbər verir ki, bunuu pravda.az-a açıqlamasında ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərova deyib.
 
Həkim infeksionist bildirib ki, hazırki epideoloji göstərici region üçün yüksək rəqəmdir: "Bu bir həftəlik bayram günlərindən sonra yoluxma sayının artıb-artmayacağı barədə daha dəqiq danışmaq olar. Çünki bildiyiniz kimi, rayonlara gediş-gəliş və kafe-restoranlar açıqdır. Sutka ərzində yoluxma sayı təxminən 1000 nəfərdir. Bir həftədən sonra da artım belə olarsa, yəqin ki, sərt karantinin tətbiqinə başlanılacaq”.
 
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyun tarixinədək uzadılıb. Ölkə ərazisində 20 mart saat 00:00-dan 29 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Xəbər lenti