Xəzər Xəbər

Rezidenturanı bitirənlərin təyinat alma vaxtı dəyişdirilib

Cəmiyyət | 09:29 • 22 Dekabr 2020
Rezidenturanı bitirənlərin təyinat alma vaxtı dəyişdirilib
Səhiyyə Nazirliyi rezidenturanı bitirən şəxslərin təyinat vaxtı ilə bağlı məlumat yayıb. 


Nazirlikdən xezerxeber.az-a verilən məlumatda bildirilir ki, noyabr ayında imtahan verib rezidenturanı bitirənlər üçün dekabr ayında keçirilməli olan təyinatın vaxtı dəyişdirilib. Pandemiya ilə əlaqədar təyinatın yanvar ayında keçirilməsi planlaşdırılır. Bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytında öncədən məlumat veriləcək.

Xəbər lenti