Xəzər Xəbər

İnfarkt riskini azaldan MÖCÜZƏVİ ƏDVİYYAT TAPILDI İnanılmaz ARAŞDIRMA

Cəmiyyət | 13:55 • 30 Dekabr 2018
İnfarkt riskini azaldan MÖCÜZƏVİ ƏDVİYYAT TAPILDI

Amerikanın "Kardiologiya" jurnalında dərc olunan bir araşdırmaya görə, sarıkök infarkt riskini 56 faiz azaldır.

XəzərXəbər publika.az-a istinadən xəbər verir ki,sarıkök insanın ürək və damar sağlamlığına aerobika məşqi qədər müsbət təsir göstərir. Lakin bu, o demək deyil sarıkök məşqi əvəz edə bilər. Bununla belə, tədqiqatlar nəticəsində bu ədviyyatın ürək-damar xəstəliklərinin müalicəsi üçün faydalı olduğu üzə çıxıb.

Ürək-damar fəaliyyətini yaxşılaşdırmaq üçün gündə 150 mq sarıkök qəbul etmək lazımdır. Bu proses yalnız 8 həftə davam etməlidir. Gündəlik bir çay qaşığı sarıkök qəbul edə və ya kapsulları ala bilərsiniz.

Sarıkökün insan sağlamlığı üzərində bir neçə faydası var. O, beyni qoruyur, iltihablanmanın qarşısını alaraq xərçəng hüceyrələrinin yaranmasına əngəl törədir. Bağırsaq, prostat, mədəaltı vəzi və ya döş xərçəngi xəstəliklərinin müalicəsində istifadə edilə bilər, ancaq əvvəl həkimlə məsləhətləşmək vacibdir.

Antienflamatuvar, antioksidant, antikanserogen xüsusiyyətləri olan sarıkök alzeymer kimi xəstəliklərdə də istifadə edilir. Öd daşına qarşı təbii qoruyucudur, qan təzyiqini tənzimləyir, artrit, pankreatit və bağırsaq xəstəliklərində ağrını azaldır.

Xəbər lenti