Xəzər Xəbər

Yeni ildə qarlı rayonlarda kirayə ev neçəyədir? QİYMƏTLƏR

Cəmiyyət | 13:50 • 30 Dekabr 2018
Yeni ildə qarlı rayonlarda kirayə ev neçəyədir?

Yeni ili qış turizminin inkişaf etdiyi bölgələrimizdə keçirmək istəyənlər üçün kirayəlik evlərin qiymətlərini tərtib etmişik.

Qəbələdə kənd evinin günü 100 manatdan başlayır. Ona qonşu olan İsmayıllıda isə 50 manatdan başlayan qiymətlərlə münasib evlər tapa bilərsiniz.

Şəkidə isə daha ucuz şəraitinə görə 10 manatdan 100 manata qədər kirayəlik evlər var.

Qubada da kirayə evlər Qəbələ kimi bahalıdır. Burada qiymətlər 100 manatdan başlayır.

Qusarda isə həyətyanı sahəsi olan evlər 160 manatdan start götürür.

Yeni ili Quba, Şəki, Qəbələ, Qax kimi rayonlarımızda qeyd etmək istəyənlər arasında ərəb turistlərin də olduğu bildirilir./axar.az

Xəbər lenti