Onkoloji xəstəliklər sırasında ən çox rastlaşılan dəri xərçəngi 3-cü yerdədir. Dəri xərçəngi əsasən bədənin açıq hissələrində yaranır, 70%-i şişlər isə üz nahiyyəsində inkişaf edir. Bu şişlərin ən "sevimli" yerləri alın, burun, göz ətrafları, gicgahlar və qulaq seyvanıdır.
Səbəbləri
XəzərXəbər immunitet.az-a istinadən bildirir ki, dəri xərçənginin yastı və bazal hüceyrələrinin inkişafı məlum deyil. Risk faktoru kimi tütün tüstüsü daxil olmaqla həddindən artıq günəş şüası, ionlaşdırıcı radiasiya, eləcə də, dəriyə düşən kimyəvi kanserogen təsiri göstərilə bilər. Xəstəliyin çoxalma və inkişafı yaş həddinə görə ehtimal olunur. Qadınlar və kişilər bu xəstəliyi eyni tezlikdə keçirirlər. Risk faktorlarına zəifləmiş immun sistemini də göstərmək olar, hansıki bu da QİÇS xəstələrində baş verir.
Əlamətləri
Formasından asılı olaraq dəri xərçəngi səthi eroziya, qabarcıq və düyün
şəklində olur. Bəzən əlamət olmadan, bəzən isə qanama və ağrılar olmadan
əmələ gəlir.
Nə edə bilərsiniz?
Dəri səthində şübhəli elemetlər gördüyünüz halda dermotoloqa müraciəti
ləngitməməyə çalışın. Ehtiyac olduğu halda həkim-onkoloqa
yönləndiriləcəksiniz.
Həkim nə edə bilər?
Dəri xərçənginin diaqnozu dərinin şübhəli hissələrində histoloji müayinə
aparılaraq qoyulur. Xərçəngin müalicəsi əsasən cərrahi yolla aparılır.
Bu şişlərin klassik yolla kəsimi, krioterapiya və yaxud da
elektroaqulyasiyadır. Əlavə üsul kimi bəzən də şüa terapiyasından
istifadə olunur. Erkən diaqnoz xəstəliyin proqnozlaşdırılması üçün
faydalıdır.
Profilaktikası
Dəri xərçənginin qarşısının alınması üçün dəriyə fiziki və kimyəvi
kanserogenlerin dəriyə təsirini azaltmaq lazımdır (siqaret tüstüsü,
günəş şüaları, ultrabənövşəyi şüalar). Kanserogen tərkibli maddələrlə
təmasda olduqdan sonra şəxsi gigiyenaya diqqət etmək, müntəzəm olaraq
qidalandırıcı və günəşdən qoruyucu kremlərdən istifadə etmək lazımdır.
Dəri xərçənginə irsi meylli olan şəxslərə isə müntəzəm olaraq onkolo
müayinəsinə getmək tövsiyyə olunur.