Xəzər Xəbər

FTX direktoru Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasından danışıb

Gündəm | 20:37 • 14 May 2024
FTX direktoru Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasından danışıb

Rusiya Qarabağda baş verən hadisələri nəzərə alaraq və 2020-ci ilin noyabrında Ermənistan tərəfinin xahişi ilə əldə edilmiş razılaşmaya müvafiq olaraq, Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd bölmələrini Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttindən çıxarır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Federasiya Şurasında çıxışı zamanı bildirib.

“Baş nazir Nikol Paşinyanın Moskvaya səfəri və Prezident Vladimir Putinlə görüşü zamanı Ermənistan tərəfi “mövcudluğu qanuni olaraq müəyyənləşdirilməyən müvəqqəti əməliyyat qruplarının sərhəd xəttindən çıxarılması” xahişi ilə müraciət edib”, - deyə A.Bortnikov bildirib.

A.Bortnikovun sözlərinə görə, eyni zamanda, Ermənistan tərəfi “Zvartnots” beynəlxalq hava limanında buraxılış məntəqəsinin bağlanması xahişi ilə də müraciət edib. Həmçinin Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İran ilə sərhədini qorumağa davam edəcəklər.

Xəbər lenti

Çox oxunanlar