Bu gün Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə
zəif duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq
küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 21-26, Bakıda
gecə 16-18, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir. Atmosfer
təzyiqi normadan aşağı 754 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz
45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mayın 11-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) hava
şəraitinin gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Şimal-qərb
küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun
temperaturu 13-14 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) hava
şəraitinin gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Şimal
küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil
edəcək.
Azərbaycanın rayonlarında mayın 11-də şimşək çaxacağı,
arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı
gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18,
gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacağı
gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, mayın 11-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.