Xəzər Xəbər

İstirahət günlərinə gözlənilən hava şəraiti

Cəmiyyət | 11:43 • 9 Fevral 2018
İstirahət günlərinə gözlənilən hava şəraiti

"Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti yağmurlu keçəcək”.

Bunu XəzərXəbər-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bu gün - fevral ayının 9-da gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yağış yağacağı gözlənilir: "Mülayim cənub küləyi əsəcək".

G.Məmmədova qeyd edib ki, fevral ayının 10-da və 11-də bəzi yerlərdə yağmurlu hava şəraiti müşahidə olunacaq: "Dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir. Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq".

Xəbər lenti