Xəzər Xəbər

Heyvanlara pis münasibət göstərsəniz sərt cəzalana bilərsiniz

Cəmiyyət | 12:54 • 28 Noyabr 2017
Heyvanlara pis münasibət göstərsəniz

"Azərbaycanda heyvanlara qarşı münasibət dözülməz hal alıb. Buna görə qanunvericiliyə sərt cəzalar əlavə ediləcək”.

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Eldar İbrahimov deyib.

O qeyd edib ki, bununla bağlı həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə müvafiq əlavələr nəzərdə tutulub: "Biz bunu hazırlayacağıq. Çünki ölkədə istər vəhşi, istərsə də ev heyvanlarına qarşı çox vəhşi münasibət yaranıb. Bu isə yolverilməzdir. Heyvanlara xüsusi diqqət lazımdır”.

Xəbər lenti