Avqustun 21-də dünyada tam Günəş tutulması baş verəcək.
Azərbaycan Milli Elmlər Akademityasından (AMEA) XəzərXəbər-ə verilən məlumata görə, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq.
Tutulma müddəti 2 dəqiqə 40 saniyə (Bakı
vaxtı ilə saat 19:47-də başlayacaq proses saat 22:26-da maksimumda
olacaq, saat 01:04-də isə sona çatacaq), yer səthində Ayın kölgəsinin
eni isə 115 kilometr təşkil edəcək.
Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biləcəklər.
İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edəcək Günəş tutulmasına
"Böyük Amerika tutulması” adı verilib. Tutulma zamanı Günəş aktivliyi
dünyanın ən güclü teleskopu olan DKIST vasitəsi ilə izləniləcək.
Növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.