Xəzər Xəbər

Söküləcəyi xəbərləri yayılan "Keşlə" bazarının satıcıları təlaş içindədir - TƏFƏRRÜAT VİDEO

Veb TV | 20:55 • 9 May 2024
Söküləcəyi xəbərləri yayılan "Keşlə" bazarının satıcıları təlaş içindədir - TƏFƏRRÜAT

Bakının ucuz bazarlarından biri kimi tanınan "Keşlə" bazarının sökülməsi ilə bağlı məlumatlar yayılmaqdadır.

Xezerxeber.az-ın xəbərinə görə, bu səbəbdən satıcılar təlaş içindədir.  

Onlar iddia edir ki, ərazidən yol çəkiləcək.

Avtomobil Yolları Dövlət Agentliyindən isə “Xəzər Xəbərz”ə bildirildi ki, hazırda tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır.

Tikinti altına düşən maneələrin ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir. İşlər yekunlaşandan sonra keşlə bazarının da sökülüb - sökülməyəcəyi haqda dəqiq nəsə demək olar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti