Xəzər Xəbər

Paytaxtın bu ərazisində piyada keçidinin olmaması insanları təhlükə ilə üz-üzə qoyub VİDEO

Veb TV | 20:40 • 27 Aprel 2024
Paytaxtın bu ərazisində piyada keçidinin olmaması insanları təhlükə ilə üz-üzə qoyub

Bu yoldan keçənlər hər gün ölüm təhlükəsi ilə üzləşirlər...

Xezerxeber.az xəbər verir ki, söhbət Binəqədi rayonu Çiçək qəsəbəsinin əsas girişindən gedir.

Sakinlər deyir ki, piyada keçidi olmadığına görə burada tez-tez qəzalar baş verir.

Əraziyə ən yaxın yerüstü piyada keçidləri isə qəsəbənin əsas yolundan uzaqdır.

Vətəndaşlar deyir ki, işıqlandırma düzgün təşkil olunmadığından sürücülər gecə hərəkət edərkən yolu keçən vətəndaşları görməkdə çətinlik çəkirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən münasibət öyrənə bilmədik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti