Xəzər Xəbər

Məişət zorakılığına qarşı mübarizə tədbirləri daha da sərtləşdirilə bilər VİDEO

Veb TV | 20:29 • 10 May 2024
Məişət zorakılığına qarşı mübarizə tədbirləri daha da sərtləşdirilə bilər

Məişət zorakılığı ilə bağlı qanunlar sərtləşdirilməlidir.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri ailədə şiddətin qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin önəmli olduğunu vurğulayıb. 

Bahar Muradova həmçinin qeyd edib ki, boşanmalar, erkən nikah və digər məsələlərlə bağlı hesabat yaxın vaxtlarda parlamentdə təqdim ediləcək. Təqdim olunacaq məlumatlarda "Gender bərabərliyinin təminatları haqqında" qanunun icra vəziyyəti də yer alıb. 

Komitə sədri vurğulayıb ki, ən ciddi maarifləndirmə yolu məhz qanundur. Qanunu pozanlar isə ciddi şəkildə cəzalandırılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti