Xəzər Xəbər

Güclü maqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ

Cəmiyyət | 11:45 • 10 May 2024
Güclü maqnit qasırğası ilə bağlı

Son üç gün ərzində Günəşdə M və X sinif alışmalar baş verib. X.2.2 alışması hesabına yaranan tac kütlə atılması Yerə istiqamətlənib, böyük ehtimalla mayın 11-də Yerə çatmalıdır. X.1.1. alışmasının nəticəsi olan daha bir tac kütlə atılmasının proqnozu haqqında model çalışmalar davam edir.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, 8-9 may tarixlərində bəzi oblastların aktivliyi səbəbindən geomaqnit qasırğası 11-12 may tarixlərində gün ərzində əsasən G1-G3 səviyyələri arasında dəyişəcək, 11 may tarixində Bakı vaxtı ilə saat 09.00-12.00 radələrində qasırğanın güclənəcəyi, G4 səviyyəsinə qədər yüksələcəyi proqnozlaşdırılır. 13 may tarixindən etibarən isə geomaqnit sahə normal səviyyəyə enəcək.

Xəbər lenti