Xəzər Xəbər

İşğaldan azad olunmuş ərazilərdə seysmik stansiyalar qurulur VİDEO

Veb TV | 21:03 • 10 May 2024
İşğaldan azad olunmuş ərazilərdə seysmik stansiyalar qurulur

Şuşada qurulmaqda olan seysmoloji stansiyada müəyyən işlər artıq tamamlanıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə seysmoloji stansiyalar qurulur.

Qurban Yetirmişli işğaldan azad edilmiş zonalarda yeni kadrların hazırlanacağını və əhali köçürüldükcə işlə təmin olunacağını da bildirib.

O həmçinin respublika üzrə seysmikliyin fon səviyyəsində olduğunu deyib və bildirib ki, hazırda güclü, dağıdıcı seysmik təkanlar gözlənilmir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti