Xəzər Xəbər

Nazir müavini: Ulu öndərin müəyyən etdiyi ekoloji siyasət bu gün də bəhrəsini verir VİDEO

Veb TV | 21:28 • 10 May 2024
Nazir müavini: Ulu öndərin müəyyən etdiyi ekoloji siyasət bu gün də bəhrəsini verir

Ümummilli liderin ekoloji siyasət strategiyası onun çıxışlarında, nitqlərində aydın ifadə olunub və ölkə qanunvericiliyində öz əksini tapıb.Ulu öndər Heydər Əliyev ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ağacların əkilməsi, Bakıda yaşıllıq zolaqlarının genişləndirilməsi üçün tapşırıqlar verirdi. Ümumilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müharibə şəraitində, ağır vəziyyətdə olsaq da, nəinki Bakı şəhərində, eləcə də bölgələrdə yaşıllığa diqqət yenidən artırıldı.

Xezerxeber.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, ulu öndərin rəhbərliyi dövründə, 1969-1982-ci illərdə ətraf mühit sahəsində 8 qanun qəbul olunub, 32 qərar təsdiq edilib, 4 Dövlət -təbiət qoruğu, 24 yasaqlıq yaradılıb. 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra da ulu öndər  tərəfindən ekoloji məsələlərlə bağlı bir sıra yeni qanunlar qəbul edilib.

Vüqar Kərimov bildirib ki, 2001-ci ildə ölkədə ekoloji siyasətin həyata keçirilməsi, dövlət siyasətinin təkmilləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.

Eləcə də "Qırmızı kitabın" yaradılması da ümummilli liderin adı ilə bağlıdır.

Uzun illlər ekoloji siyasətin prioritet olduğu Azərbayacanda indi daha bir beynəlxalq  tədbirə- COP29-a hazırlıq işləri görülür.

Bir neçə aydan  sonra “küləklər şəhəri”ndə dünyanın əsas ekoloji problemlərinin həlli ilə bağlı mühim müzakirələr aparılacaq, vacib qərarlar  qəbul ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti