Xəzər Xəbər

Avtovağzallar bayram günlərində gücləndirilmiş rejimdə işləyəcəklər VİDEO

Veb TV | 23:10 • 9 Aprel 2024
Avtovağzallar bayram günlərində gücləndirilmiş rejimdə işləyəcəklər

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Ramazan bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün aprelin 10-dan 14-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Xəbər lenti

Çox oxunanlar