Xəzər Xəbər

Bəzi tələbələrin köçürülməsinə məhdudiyyətlər tətbiq ediləcək VİDEO

Veb TV | 21:38 • 28 Mart 2024
Bəzi tələbələrin köçürülməsinə məhdudiyyətlər tətbiq ediləcək

Bu ildən etibarən tələbələrin köçürülməsi ilə bağlı dəyişikliklər var. Kəsiri olan tələbələrin köçürülməsi ilə bağlı məhdudiyyətlər tətbiq ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, artıq bu ildən etibarən təkcə kəsri olan tələbələr  yox, 3-cü kursu bitirib 4-cü kursa keçən tələbələrin də köçürülməsinə müsbət cavab verilməyəcək. 

Elm və Ali  Təhsil Üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli bildirb ki, əsas yeniliklərdən biri odur ki, köçürülmə ildə yalnız bir dəfə yay tətili dövründə  həyata keçiriləcək. Əlavə olaraq təhsil aldıqları müddətdə isə bir dəfə köçürülmə hüququ əldə edəcəklər.

Mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib hesab edir ki, köçürülmə ilə bağlı bir sıra yeniliklər yumşalmalıdır.

Xatırladaq ki, 2016-cı ildən etibarən tələbələrin köçürülməsi prosesi aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar