Xəzər Xəbər

Pensiya və müavinətlər artırıla bilər VİDEO

Veb TV | 19:34 • 28 Mart 2024
Pensiya və müavinətlər artırıla bilər

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib.

O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğurultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır.

Millət vəkili hesab edir ki, qarşıdakı aylarda büdcəyə yenidən baxıla bilər. Onun fikrincə, 2024-cü ilin ortalarında maaş və digər sosial müavinətlərin yenidən artırılması da mümkündür. Çünki dövlət büdcəsində sosial hədəflər də mühüm yer tutur.

Millət vəkili onu da əlavə edib ki, əvvəlki illərdə də pensiya və sosial müavinətlərin bir ildə iki dəfə artırlması ilə bağlı qərarlar verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar