Xəzər Xəbər

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər VİDEO

Veb TV | 19:50 • 27 Mart 2024
Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər

Günəş enerjisi istehlakındakı kəskin artım elektrik enerjisinin qiymətlərinə təsir edə bilər.

Xezerxeber.az-ın məlumatına görə, bu ilin ilk iki ayında ölkədə günəş enerjisinin istehsalı 6 dəfə artıb. Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27 000 meqavat dəyərləndirilir.

Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov deyib ki, ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə potensialın olması və enerji istehsalındakı artımlar elektrik enerjisinin qiymətlərini azalda bilər.

“İnkişaf etmiş ölkələrdə ailələr alternativ enerji mənbələrindən enerji istehsal edərək öz istehlakını təmin edirlər. Hətta bir sıra hallarda əldə edilən enerjinin uyğun dövlət qurumuna satılması təcrübəsi də var”, - deyə deputat vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar