Xəzər Xəbər

Məscid və ziyarətgahlara ianələr onlayn olacaq VİDEO

Veb TV | 22:34 • 28 Mart 2023
Məscid və ziyarətgahlara ianələr onlayn olacaq

Dini ziyarətgahlarda ianələrin toplanması və xərclənməsi ilə bağlı yeni qaydalar tətbiq ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov deyib ki, bundan sonra elektron şəkildə də ianə etmək mümkün olacaq.

İnsanlar nəzirlərini elektron formada, terminallar, bank kartları vasitəsilə də verə biləcəklər.

Şöbə müdiri bildirib ki, hazırda müxtəlif məscidlər, ziyarətgahlar tərəfindən bəlli vasitələrlə toplanan iaənlərin xərc istiqamətləri fərdi qaydada müəyyən edilir. Bu prosesə dövlətin və ya hansısa təşkilatın müdaxilə etmək səlahiyyəti yoxdur.

Nahid Məmmədov hesab edir ki, toplanan ianər doğru istiqamətdə xərclənmir. Yeni hazırlanan qaydalarla bu prosesin şəffaf formada həyata keçirilməsi hədəflənir. İlkin xərc istiqamətləri də məlumdur.

Qurum rəsmisi vurğulayıb ki, yeni qaydaların hazırlanması yekunlaşmaq üzrədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti