Xəzər Xəbər

İranın Cənubi Qafqaza müdaxiləsinin qarşısı alınmalıdır - Gürcü professor VİDEO

Veb TV | 20:38 • 4 Dekabr 2022
İranın Cənubi Qafqaza müdaxiləsinin qarşısı alınmalıdır - Gürcü professor

İran nefti və qazı Ermənistan üzərindən satılır. Ona görə də İran öz məqsədləri üçün Ermənistana həm siyasi, iqtisadi, həm də hərbi cəhətdən dəstək göstərir.

Bunu ''Xəzər Xəbər''ə müsahibəsində gürcü politoloq Quram Marxuliya deyib.

Onun sözlərinə görə, İran hər vəchlə çalışır ki, Ermənistan bölgədə söz sahibi olan bir ölkəyə çevrilsin.

Gürcü politoloq həmçinin Ermənistan hakimiyyətini atdığı addımlarda diqqətli olmağa çağırıb.

Professor, politoloq Nika Çitadze isə İranın İkinci Qarabağ və Rusiya-Ukrayna müharibəsindəki tutduğu mövqeyə diqqət çəkərək, İranın Cənubi Qafqaza olan müdaxiləsinin qarşsının alınmalı olduğunu vurğulayıb.

Nika Çitadze onu da qeyd edib ki, İran Ermənistandan istifadə edərək Azərbaycana qarşı siyasi təzyiqlər göstərməyə çalışır. Ancaq görünən mənzərə budur ki, hər iki ölkə niyyətlərinə çata bilməyəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar