Xəzər Xəbər

Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq

Texnologiya | 17:28 • 18 Mart 2024
Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları

Azərbaycanın işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl və Qubadlı şəhərlərinin girişində sənaye zonaları yaradılacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, artıq bu istiqamətdə hazırlıq görülür, yaxın vaxtlarda sözügedən ərazilərdə layihələndirmə işləri aparılacaq.

Hazırda işğaldan azad edilmiş ərazilərdə 2 sənaye parkı fəaliyyət göstərir. Bunlar, Cəbrayıldakı "Araz Vadisi İqtisadi Zonası" və Ağdam Sənaye Parkıdır.

Xəbər lenti

Çox oxunanlar