Xəzər Xəbər

Cəlilabadda avtomobil yanıb

Region | 16:34 • 5 Aprel 2024
Cəlilabadda avtomobil yanıb

Cəlilabad rayonunda nəqliyyat vasitəsi yanıb.

Xezerxeber.az xəbər verir ki, Cəlilabad rayonu Dələli kənd sakini, 1951-ci il təvəllüdlü Savad Əvəz oğlu Qürbətova məxsus "VAZ - 21099" markalı 99-BJ-345 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin yanar konstruksiyaları anidən alışaraq yanıb.

Əraziyə FHN-in yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanan nəqliyyat vasitəsi söndürülüb. Yanğının ətrafa keçməsinin qarşısı alınıb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti