Xəzər Xəbər

Xaçmazda oğurluq edən şəxslər saxlanılıb

Region | 11:59 • 3 Dekabr 2022
Xaçmazda oğurluq edən şəxslər saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakini Cəlal Cəfərov saxlanılıb. 

Həmin şəxs əvvəlcə rayon ərazisində fəaliyyət göstərən sağlamlıq mərkəzindən ümumi dəyəri 10000 (on min) manat edən müxtəlif növ dəmir borular, təmir-tikinti alətləri, dam örtükləri və elektrik avadanlıqlarını oğurlayıb.

Bundan başqa Cəlal Cəfərov gizli talama məqsədi ilə fərdi yaşayış evinə girərək oradan ümumi dəyəri 10200 (on min iki yüz) manat dəyərində olan musiqi aləti, xalçalar, qızıl-zinət əşyası, su qızdırıcısı və s oğurlayıb.

Davan etdirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Ramil Sultanov saxlanılıb.

Həmin şəxs özgənin əmlakını gizli talamaq məqsədi ilə fərdi yaşayış evinə girərək oradan ümumi dəyəri 1890 manat dəyərində müxtəlif növ məişət əşyaları oğurlayıb.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Çox oxunanlar