Xəzər Xəbər

Bürclərə görə mütləq bu xəstəliklərə tutulacaqsınız

Maraqlı | 15:48 • 26 Sentyabr 2022
Bürclərə görə mütləq bu xəstəliklərə tutulacaqsınız
Bürcünüzə görə, həyatınızın bir dönəmində mütləq tutulacağınız xəstəliklər bunlardır.
 
XəzərXəbər xəbər verir ki, astrologiyanın alt qolu adlandırılan tibbi astrologiyaya görə, bəzi bürclər bəzi xəstəliklərə daha çox meyllidir, bəziləri isə güclü immun sistemi olan xəstəliklərə qarşı daha sağlamdır. Bürcünüzə görə, həyatınızın bir dönəmində mütləq tutulacağınız xəstəliklər aşağıdakılardır.
 
Qoç:
Qoç bürcü tez-tez diş problemləri ilə üzləşir. Ya dişləri əyridir, onlara breket lazımdır, ya da qalıcı çürümə, plomb və kanal müalicəsi üçün diş həkimində olurlar. Diş həkimindən çıxmayan bir dostunuz varsa, o, yəqin ki, Qoçdur. Eyni zamanda, gənc yaşdan etibarən xroniki baş ağrıları, miqren, göz xəstəlikləri və hətta eynək taxmaq onun xəstəliklərinə aiddir.
 
Xərçəng:
Xərçəng bürcləri adamları daim üşüyən olur. Onların aclığa dözümləri olmur, eyni zamanda nəfəs almaqda çətinlik çəkirlər.
 
Buğa:
Buğa bürcləri tez-tez boğaz ağrısından əziyyət çəkə bilər. Hava bir az soyusa, boğazı şişən adam Buğa bürcüdür. Onlar boğaz həssaslığına, badamcıqlara və ya faringitə meyllidirlər. 
 
Əkizlər:
Əkizlər bilək və ya qol qırılması ilə üzləşə bilər. Sinir sistemləri də həssasdır. Onların qocalıqlarında Alzheimer xəstəliyinə tutulma ehtimalı var.
 
Şir:
Şir bürcü adamlarının ürəklə bağlı problemləri ola bilər, ürək xəstəliklərinə meyllidirlər. 
 
Qız bürcü:
Qız bürcü adamları tez-tez bağırsaq həssaslığı ilə qarşılaşa bilərlər. Bağırsaqlar pozulmağa meyllidir. Əslində bədənimizin sağlamlığı həzmdən asılı olduğu üçün bu bölgənin sıxıntısı da onlara əsəbi təsir göstərir. 
 
Tərəzi:
Tərəzi bürcləri böyrək daşının düşməsi və ya böyrək xəstəliyi ilə qarşılaşa bilərlər.
 
Əqrəb:
Əqrəb bürclərinin adamları cinsiyyət problemi yaşanan hər cür sağlamlıq probleminə açıqdırlar. Cinsi xəstəliklərə meyilli olurlar.
 
Oxatan:
Oxatan bürcü adamları həyatlarında bir dəfə əzələ yırtığı kimi problem yaşayırlar. Əzələ xəstəliklərinə meylli ola bilərlər.
 
Oğlaq:
Oğlaqlar sızanaq problemi ilə tez-tez üzləşirlər. Ekzema və sedef kimi dəri xəstəliklərinə meyllidirlər.
 
Dolça:
Dolça bürcləri damarlarda laxtalanma, qan dövranı pozğunluqları kimi sağlamlıq problemlərilə üzləşə bilərlər.
 
Balıqlar:
Balıq bürcləri ayaq ağrısı problemi ilə çox vaxt üzləşirlər. Həmçinin onlarda ayaq altı problemi, düzləşmə və ya daban çatları kimi həyat keyfiyyətini azaldan sağlamlıq problemləri mövcud olur.

Xəbər lenti