Xəzər Xəbər

Tayson Fyuri qalib gəldi, titulunu qorudu

İdman | 09:41 • 4 Dekabr 2022
Tayson Fyuri qalib gəldi, titulunu qorudu

Dünya Boks Şurasının (WBC) ağır çəkidə çempionu britaniyalı Tayson Fyuri növbəti döyüşünü həmyerlisi Derek Çisora qarşı keçirib.

Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, Londonda keçirilən döyüşdə T.Fyuri onuncu raundda rəqibini texniki nokautla məğlub edib. D.Çisora döyüş zamanı çoxlu zərbələr alıb və hakimin fikrincə, o artıq özünü müdafiə edə bilməyib.

Otuz üç yaşlı T.Fyurinin aktivində 34 qələbə və bir heç-heçə var. Onunla rəqibi Çisora isə karyerası ərzində 32 qələbə qazanıb, 13 dəfə məğlub olub.

Xəbər lenti

Çox oxunanlar