Xəzər Xəbər

Haaland bu klublardan birinə keçmək istəyir

Dortmund "Borussiya"sının futbolçusu Erling Haalandın transfer olunmaq istədiyi 6 klubun adı məlum olub.
İdman | 22:55 • 4 Mart 2021
Haaland bu klublardan birinə keçmək istəyir

Dortmund "Borussiya"sının futbolçusu Erling Haalandın transfer olunmaq istədiyi 6 klubun adı məlum olub.

XəzərXəbər qol.az-a istinadən xəbər verir ki, "NTV Spor"a istinadən xəbər verir ki, "Çelsi"si 20 yaşlı hücumçunu almaq üçün çox çalışsa da, həmin 6 namizədin siyahısında "zadəganlar"ın adı yoxdur. Oyunçu yalnız "Yuventus", "Real", "Mançester Siti", "Liverpul", "Barselona" və "Mançester Yunayted" klublarından birinə keçməyi düşünür.

Qeyd edək ki, Haaland ötən ilin yanvar ayında "Zalsburq"dan "Borussiya"ya transfer olunub. O, bu müddət ərzində 45 matça çıxaraq, 43 qol vurub. Futbolçunun bu cür oyunu onun Avropanın "TOP" klublarının maraq dairəsinə düşməsinə səbəb olub.

Xəbər lenti