Xəzər Xəbər

Nardaranda karxanada 46 yaşlı kişi ölüb

Hadisə | 11:58 • 27 Mart 2024
Nardaranda karxanada 46 yaşlı kişi ölüb

Martın 26-da Sabunçu rayonu, Nardaran kəndi ərazisində yerləşən qum karxanasında 1978-ci il təvəllüdlü Ədalət Hüseynov yük qaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar