Xəzər Xəbər

Bakıda doqquzuncu mərtəbədən yıxılan şəxs xəstəxanada ölüb

Hadisə | 11:53 • 25 Mart 2024
Bakıda doqquzuncu mərtəbədən yıxılan şəxs xəstəxanada ölüb

Bakının Babək prospektində doqquzuncu mərtəbənin eyvanından yıxılan şəxs həyatını itirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən bildirilib.

Qeyd olunub ki, 24.03.2024-cü il tarixində saat 16:35 radələrində 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib. Açıq kəllə-beyin travması diaqnozu ilə yaralı Cərrahi profilli reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilib.  Həkimlərin səylərinə baxmayaraq, xəsarət alan şəxs 25.03.2024-cü il tarixində saat 01:00 radələrində vəfat edib.

Xatırladaq ki, APA-nın yaydığı məlumata görə, Rauf Rafiq oğlu Aydazadə ötən gün Nizami rayonu, Babək prospekti, 33A ünvanında yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsinin eyvandan yıxılmışdı və o, ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilmişdi.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar