Xəzər Xəbər

Sumqayıtda avtobus qəzaya uğrayıb, ölən var

Faktla bağlı araşdırma aparılır
Hadisə | 14:48 • 23 Fevral 2023
Sumqayıtda avtobus qəzaya uğrayıb, ölən var

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhər Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Belə ki, şəhərdə fəaliyyət göstərən müəssisələrdən birinin avtobusu qəzaya uğrayıb. Qəza nəticəsində sürücü, 1961-ci il təvəllüdlü Xəlil Cavadov ölüb.

Avtobusda sürücü tək olub. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (AZƏRTAC)

Xəbər lenti