Xəzər Xəbər

Bakıda ağır yol qəzası baş verib, 5 nəfər ölüb YENİLƏNİB/VİDEO

Hadisə | 16:43 • 1 Yanvar 2023
Bakıda ağır yol qəzası baş verib, 5 nəfər ölüb

Bakıda baş verən qəzada ölənlərin sayı 5-ə çatıb.

Bu barədə xezerxeber.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, qəza zamanı 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, 1994-cü il təvəllüdlü Pərviz Əlizadə, 1994-cü il təvəllüdlü Aytəkin Allahyorava, 2001-ci il təvəllüdü Könul Namazova və 1997-ci il təvəllüdlü  Jalə Aslanova ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

16:00

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Nizami rayonunda yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, "Toyota" və "Mercedes" markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

13:39

Bakıda ağır yol qəzası olub, nəticədə 3 nəfər ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə Nizami rayonunda, "Şəfa" stadionu yaxınlığında qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəza "Mercedes" markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər lenti