Xəzər Xəbər

DƏHŞƏT! Oğlan anasının başını kəsib, eyvandan küçəyə atdı

Hadisə | 17:48 • 26 Sentyabr 2022
DƏHŞƏT! Oğlan anasının başını kəsib, eyvandan küçəyə atdı

İstanbulda qandonduran hadisə baş verib.

Bağcılar rayonunda yaşayan 26 yaşlı Əli S. adlı şəxs anası 58 yaşlı Həvva S.-i bıçaqlayaraq qətlə yetirib.

Belə ki, narkotik aludəçisi olduğu iddia edilən Əli S. naməlum səbəbdən anası ilə mübahisə edib. Anasını bıçaqla öldürüb, kəsilmiş başını eyvandan küçəyə atan Əli S. daha sonra evi yandırıb.

Polis əməkdaşları qapını sındıraraq yaralı olaraq xilas etdikləri şübhəli şəxsi nəzarətə götürüb.

Faktla bağlı araşdırma aparılır./publika.az

Xəbər lenti