Ermənistan Azərbaycan və Türkiyə ilə bütün regional və beynəlxalq nəqliyyat kommunikasiyalarının açılmasına hazırdır.
Xezerxeber.az-ın xəbərinə görə, bu fikirləri “Al Jazeera“ telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səsləndirib.
O vurğulayıb ki, regional nəqliyyat əlaqələrinin bərpası ölkələrin iqtisadi tərəqqisinə xidmət edəcək.