Xəzər Xəbər

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalayacaq

Dünya | 13:00 • 29 Mart 2024
Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalayacaq

Ukrayna və Polşanın hakimiyyət orqanları təhlükəsizlik zəmanəti haqqında saziş imzalamağı planlaşdırır.

Xezerxeber.az xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmıqal bunu "Polsat" telekanalının efirində deyib.

“İndiyədək Kiyev NATO-ya üzv ölkələrlə təhlükəsizlik zəmanətləri barədə yeddi saziş imzalayıb. Biz Polşa ilə də oxşar sazişin imzalanacağını gözləyirik”, - deyə Ukrayna hökumətinin başçısı bildirib. Onun sözlərinə görə, Kiyev alyansın iyul ayında Vaşinqtonda keçiriləcək sammitində NATO-dan “ciddi siqnallar və addımlar” gözləyir.

Qeyd edək ki, 2023-cü ilin iyulunda NATO-nun Vilnüsdə baş tutan sammiti çərçivəsində G7 (Yeddilər Qrupu) ölkələri Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri haqqında bəyannamə qəbul edib. Sonradan bu sənədə digər dövlətlər də qoşulub. Bəyannamə Kiyevin əhəmiyyətli hərbi potensial əldə etməsini nəzərdə tutur.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində həmin qərarı səhv və potensial olaraq çox təhlükəli adlandırıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar