Xəzər Xəbər

Bu şəhərin mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Dünya | 22:28 • 28 Mart 2024
Bu şəhərin mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bundan sonra ABŞ-ın Nyu-York şəhərinin mərkəzində avtomobil sürmək üçün pul ödənilməlidir. Şəhər rüsumları iyunun ortalarından etibarən qüvvəyə minəcək.

“New York Times” qəzeti yazır ki, şəhərin nəqliyyat orqanının müvafiq qərarına əsasən, “Manhattan” rayonunun cənub hissəsindən 60-cı küçəyədək uzanan zonada minik avtomobilini sürmək üçün gündə 15 dollar rüsum ödənilməlidir. Tam ödəniş gün ərzində səhər saat 05:00-dan axşam saat 21:00-dək, həftə sonları isə səhər saat 09:00-dan sonra həyata keçirilməlidir. Gecə saatlarında rüsumun 3,75 dollara enəcəyi gözlənilir.

Kiçik yük maşınları üçün ödəniş 24 dollar, motosikletlər üçün isə 7,50 dollar olacaq. Eyni zamanda, həmin əraziyə taksi sürmək üçün 1,25 dollar əlavə ödəniş tələb ediləcək.

Qərarın məqsədi şəhərin mərkəzində avtomobil sıxlığını azaltmaq və ictimai nəqliyyata sərmayə yatırmaq üçün ildə bir milyard dollar toplamaqdır. Buna baxmayaraq, hazırda siyasətçilər, sakinlər və digər hökumət orqanları tərəfindən həmin plana qarşı altı məhkəmə iddiası açılıb. Onlardan ən mühümünə aprelin 3-4-də Nyu-Cersi ştatında baxılacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar