Xəzər Xəbər

Argentinada 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılacaq

Dünya | 14:11 • 27 Mart 2024
Argentinada 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılacaq

Argentina hakimiyyəti yaxın gələcəkdə 70 minə yaxın dövlət qulluqçusunu işdən çıxarmağı planlaşdırır.

AZƏRTAC “La Politica Online” portalına istinadla xəbər verir ki, Argentina Prezidenti Xavyer Miley bunu Latın Amerikası İqtisadçıları Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib.

“Biz 50 min dövlət qulluqçusunu işdən çıxardıq, onların müqavilələrinə xitam verildi. Hazırda müqavilələrin sayı azaldılır və yaxın vaxtlarda 70 min müqavilə ləğv ediləcək”, - deyə Xavyer Miley bildirilib.

Portalın məlumatına görə, hökumət müddəti martın 31-də başa çatan on minlərlə müqaviləyə xitam vermək niyyətindədir.

Qeyd edək ki, Xavyer Miley 2023-cü il dekabrın 10-da Argentina prezidenti vəzifəsinin icrasına başlayıb. O, dövlət başçısı qismində ilk çıxışında ölkədəki vəziyyəti kritik adlandırıb və iqtisadiyyatın şok terapiyasına ehtiyacı olduğunu bildirib. Prezident dövlətin iqtisadiyyata minimal müdaxiləsini, inflyasiyanın qarşısını almaq üçün Mərkəzi Bankın ləğvini və dövlət şirkətlərinin özəlləşdirilməsini müdafiə edir. Bu istiqamətdə görülən ilk tədbirlərdən biri olaraq ölkədə nazirliklərin sayı yarıbayarı ixtisar edilərək 18-dən 9-a endirilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar