Xəzər Xəbər

Bu şəxslərə Türkiyəyə səyahət qadağan ediləcək

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Dünya | 17:19 • 26 Fevral 2021
Bu şəxslərə Türkiyəyə səyahət qadağan ediləcək

Türkiyə hökumətinin verdiyi qərara görə, ölkəyə gələn turistlər 31 mart tarixinə qədər PCR test arayışı təqdim etməlidirlər.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

"Türkiyənin Səhiyyə Nazirliyinin, 6 yaşından yuxarı sərnişinlər üçün koronavirusa mənfi cavab tələb edən sənəd tələbini uzatdığını sizə bildirmək istəyirik",-deyə Türkiyənin milli aviadaşıyıcısı TAV bildirib.

Bildirilir ki, bu dəfə əvvəlki kimi ölkəyə girərkən yox, uçuşdan 72 saat əvvəldən PCR testi etdirmək lazımdır və həmin arayış təyyarəyə minərkən yoxlanılacaq. 72 saat əvvəl edilmiş koronavirus testi olmadan səyahət edənə uçuş qadağan ediləcək./publika.az

Xəbər lenti