Xəzər Xəbər

Aktyor sənəti ixtisasını seçən abituriyentlərin nəzərinə

Cəmiyyət | 11:33 • 27 May 2023
Aktyor sənəti ixtisasını seçən abituriyentlərin nəzərinə

Aktyor sənəti ixtisasına iyulun 1-dək 25 yaşı tamam olmamış abituriyentlər sənəd verə bilər.

Dövlət İmtahan Mərkəzindən Xezerxeber.az-a bildirilib ki, aktyor sənəti ixtisası üzrə qabiliyyət imtahanı iki hissədən ibarətdir:

-Aktyor sənəti

-Musiqi duyumu və ritmika

İmtahanın aktyor sənəti hissəsində abituriyent imtahan qəbul edənlərin təklif

etdiyi və ya özünün öncədən hazırladığı:

a) müxtəlif janrlı (dramatik, satirik, lirik və s.) ədəbi əsərlərdən (şeir, təmsil, kiçik hekayə, nəsr, dram və s.) parçalar və monoloqlar söyləyir;

b) etüd göstərir.

c) imtahanda, həmçinin abituriyentin ixtisasa dair məlumatı, bilik dairəsi, dünyagörüşü və bədii zövqü yoxlanılır.

Qabiliyyət imtahanında ifaçının emosional duyumu, həssaslığı, diqqətini toplamaq bacarığı, hadisəyə inamı və obrazlı düşüncə tərzi, temperamenti üzə çıxarılır, aydın və səlis danışmaq bacarığı, düzgün tələffüz tərzi, danışıq səsinin aktyor sənətinə yararlılığı yoxlanılır. İfaçı tərəfindən etüdün məzmun və forma uyğunluğunun həlli nümayiş etdirilir, onun təsəvvür və müşahidəçilik qabiliyyəti, tempo-ritmi və qavrama bacarığı qiymətləndirilir.

İmtahanın musiqi duyumu və ritmika hissəsində abituriyentin plastikası, səs diapazonu, səsinin tembri və gücü, ritm duyumu, musiqini ifaetmə, eşitmə və qavrama qabiliyyəti yoxlanılır. Abituriyent öz seçimi ilə vokal əsər (mahnı, romans, ariya və s.) ifa edə bilər.

Qeyd olunub ki, imtahanın hər bir hissəsinin (aktyor sənəti, musiqi duyumu və ritmika) nəticəsi 10 ballıq şkala üzrə qiymələndirilir. Hər bir hissə üzrə abituriyent 5 və daha yüksək qiymət almalıdır. İki hissə üzrə qiymətlərin ədədi ortası əsasında yekun qiymət çıxarılır.

Xatırladaq ki, aktyor sənəti ixtisası V qrupa aiddir.

Rubrikanın digər xəbərləri

Güclü külək əsəcək, yağış yağacaq
Güclü külək əsəcək, yağış yağacaq XƏBƏRDARLIQ
17:49 • 10 May 2024
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı YENİ QANUN
15:21 • 10 May 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
13:17 • 10 May 2024
Prorektorun qətlində təqsirli bilinən şəxslərə
Prorektorun qətlində təqsirli bilinən şəxslərə hökm oxunub
12:30 • 10 May 2024
Güclü maqnit qasırğası ilə bağlı
Güclü maqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ
11:45 • 10 May 2024
Qobustanda narkotik vasitələrlə əlaqəli 2 nəfər
Qobustanda narkotik vasitələrlə əlaqəli 2 nəfər saxlanılıb
10:20 • 10 May 2024
Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat
Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat BAŞLADI
10:17 • 10 May 2024
Xətaidə mənzildən meyit
Xətaidə mənzildən meyit tapıldı
19:21 • 9 May 2024

Xəbər lenti