Xəzər Xəbər

Yanvar ayının sosial təminat növləri üzrə bütün ödənişləri başa çatıb

Cəmiyyət | 20:49 • 26 Yanvar 2023
Yanvar ayının sosial təminat növləri üzrə bütün ödənişləri başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib. 

Bu barədə Xezerxeber.az-a nazirlikdən bildirilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Fərman və Sərəncamlarına əsasən yeni sosial islahat paketi çərçivəsində 660 min insanı əhatə edən müavinət və təqaüdlərdə bu ilin əvvəlindən növbəti artımlar edilib. Yanvar ayının ödənişləri həmin artımlarla birgə verilib.

Bu ayın pensiya ödənişləri də yanvarın 12-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, yanvarın 17-də isə ölkəmizin digər bölgələri üzrə ödənilib.

Ötən il pensiyaçılara verilən maddi yardım 2023-cü ilin əvvəlindən pensiyaları tərkibinə daxil edilməklə onların pensiyalarında artım edilib və bu ay üzrə pensiyalar da həmin artımla birgə verilib.

Beləliklə, yanvar ayının sosial təminat növləri üzrə bütün ödənişləri başa çatıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti